Azərbaycanda yayılmış ilan növləri

Azərbaycan ərazisində 29 növ  ilan vardır ki, bunlardan 17-i Zəhərsiz (Aglypha ), 5-i Yarızəhərli (Opisthoglypha), 7-i isə Zəhərli (Solenoglypha) olaraq təsnif olunur.(Bu təsnifat zəhər dişlərinin formasına görə aparılır)

serpente_03
1) Zəhərsiz, 2) Yarızəhərli, 3) Zəhərli

1) ZƏHƏRSİZ ilanlar tamamən təhlükəsizdirlər və zəhər daşımırlar. Ölkəmizdə yayılan zəhərsiz ilan növləri :

Typhlops vermicularis
Kor ilan (Typhlops vermicularis)
Eryx jaculus
Qərb yatağanı (Eryx jaculus)
Rhynchocalamus melanocephalus
Qarabaş rinxokalamus (Rhynchocalamus melanocephalus)
eirenis collaris
Xaltalı eyrenis (Eirenis collaris)
eirenis modestus
Dinc eyrenis (Eirenis modestus)
Eirenis punctatolineatus
Nöqtəxətli eyrenis (Eirenis punctatolineatus)
coronella austriaca
Qonur ilan (Coronella austriaca)
zamenis hohenackeri
Cənubi Qafqaz dırmanan təlxəsi (Zamenis hohenackari)
zamenis persicus
Fars dırmanan təlxəsi (Zamenis persicus)
elaphe sauromates
Pallas dırmanan təlxəsi (Elaphe sauromates)
elaphe dione
Naxışlı dırmanan təlxə (Elaphe dione)
platyceps najadum
Zeytuni təlxə (Platyceps najadum)
dolichophis caspius
Xəzər təlxəsi/Sarıqarın təlxə (Dolichophis caspius)
dolichophis schmidti
Qırmızıqarın/Qızılı təlxə və ya Şahmar ilan (Dolichophis schmidti)
hemorrhois nummifer
Qurğuşunrəngli/Svinsəbənzər təlxə (Hemorrhois nummifer)
n natrix
Adi suilanı (Natrix natrix)
Natrix m
İribaş/Kolxida su ilanı (Natrix megalocephala)

2) YARIZƏHƏRLİ ilanların zəhəri əsas qidaları olan kiçik canlılar üçün təsirlidir. İnsan və digər iri məməlilər üçün təsirsiz olduğundan dişləmirlər. Həmçinin zəhər dişi ağızın arxa şırımında olduğundan barmağınızı ağzına soxmadıqca sizi zəhərliyə bilməzlər. Amma, dişləmələri bəzi insanlarda allergik reaksiya verə bilər.

Ölkəmizdə yayılan yarızəhərli ilan növləri :

n tess
Damalı su ilanı (Natrix tesellata)
hemorrhois ravergieri
Bəzəkli/Rəngarəng təlxə (Hemorrhois ravergieri)
Psammophis lineolatus
Oxvari qum ilanı (Psammophis lineolatus)
Malpolon_insignitus_1
Kələz ilan (Malpolon insignitus)
t fallax
Dam/Pişik ilan (ı) (Telescopus fallax)

3) ZƏHƏRLİ ilanlar isə Gürzəkimilər  (Viperidae) dəstəsinə aid olub, zəhərləri olduqca təhlükəlidir. Zəhərli (gürzələr) və zəhərsiz ilanlar arasındakı fərqlər :

snake-diagram

snakevenomous
Qeyd : Dam ilanı (Telescopus fallax) da gürzələr kimi dəyirmi başa və elliptik göz bəbəyinə sahib olsa da insanlar üçün TƏHLÜKƏSİZDİR.

Ölkəmizdə yayılan zəhərli ilanlar (gürzəkimilər) :

Gloydius-halys-Pallas-2
1) Qalxansifət (Gloydius halys)
Macrovipera_lebetina_obtusa
2) Nəhəng gürzə (Macrovipera lebetina)
montivipera raddei
3) Radde dağ gürzəsi (Montivipera raddei)
Pelias dinniki
4) Dinnik gürzəsi (Pelias dinniki)
Pelias eriwanensis
5) İrəvan çölgürzəsi (Pelias eriwanensis)
Pelias shemakhensis
6) Şamaxı başıqalxanlısı (gürzəsi) (Pelias shemakhensis)
Pelias lotievi
7) Lotievi gürzəsi (Pelias lotievi)
33
Yatağan (Eryx), Su ialnıkimilər (Colubridae), Gürzəkimilər (Viperidae) arasındakı fərqlər.

 

Gürzələr haqqında əlavə məlumatlar:

Əslində gürzələrlə qarşılaşma ehtimalınız çox azdır. Buna səbəb əksər gürzə növünün azsaylı olub, nadir rast gəlinməsidir.

Geniş yayılmış gürzələr:

1) Nəhəng gürzə (Macrovipera lebetina) – Ölkəmizdə ən geniş yayılmış, ən iri və ən təhlükəli hesab olunan gürzədir. Qafqaz gürzəsi olaraq da bilinir. Zəhəri hemotoksik olub, qan və qan-damar sistəminə təsir edir. Lənkəran düzənliyi istisna olmaqla geniş yayılıb. Olduqca iri ölçülü ola bilir (2m-ə qədər, nadir hallarda bir qədər uzun)
2) İrəvan gürzəsi (Pelias eriwanensis) – Əsasən quraq və daşlı yamaclarda rast gəlinir. Ölçücə kiçik olur (maksimum 50 sm-ə qədər). Boz rəngə olur və üzərində ziq-zaq formalı zolaq vardır. Naxçıvan MR-da və güman edilir ki, İranla həmsərhəd rayonlarda yayılıb.
3) Adi qalxansifət (Gloydius halys) – Yalnız Lənkəran təbii vilayətində yayılıb. Təhlükədə olduqda zınqırovlu ilan kimi quyruğunu titrətdiyi qeyd olunur. Uzunluğu 70 sm-ə kimi olur. Qalxansifət sancan insan zəhərlənməni ağır keçirsə də ölümlə nəticələnən fakt yoxdur. Görmə qabiliyyətinin müvəqqəti itirlməsi müşayət oluna bilər.

Azsaylı gürzələr :

4) Şamaxı gürzəsi (Pelias shemakhensis) – Uzunluğu 55-60 sm-ə qədər olur. Azərbaycanın şimal-şərqində (Şəki-Şamaxı rayonları) yayılıb. İnsan üçün zəhəri az təhlükəlidir, ölüm halları qeydə alınmayıb. Qırmızı Kitaba daxil edilmişdir.
5) Lotievi gürzəsi (P.lotievi) – Azərbaycanda yalnız Quba və Qusar rayonlarında yüxsək dağlıq ərazilərdə (Xınalıq ətrafı) yayılıb. Az rast gəlinən növdür.
6) Dinnik gürzəsi (P.dinniki) – Azərbaycanda Zaqatala qoruğu və ətraf ərazilərdə yayılması ehtimal olunur.
7) Radde dağ gürzəsi (Montivipera raddei) – Uzunluğu maksimum 80 sm-ə qədər olur. Ölkəmizdə yalnız Naxçıvan MR-da dağlıq ərazilərdə (xüsusən Şahbuz rayonunda) qeydə alınıb. Üzərindəki sarımtıl-narıncı xallarına görə seçilir. Qırmızı Kitaba daxil edilmişdir.

Yuxarıdaki məlumatlardan da görə biləcəyiniz kimi ölkəmizdəki gürzələr əsasən məhdud ərazilərdə yayılıb və qarşılaşma ehtimalınız azdır. Qarşəlaşəlan və təəssüf ki, öldürülən ilanlar təhlükəsiz olan zəhərsiz və yarızəhərli olanlardır. Xalq arasında təhlükəsiz bəzi ilanların zəhərli olduğu zənn edilir. Məsələn, qızıl ilanın (qırmızıqarın təlxə) zəhərinin ölümcül olduğu deyilsə də tamamən ZƏHƏRSİZ növdür. Birdə xalq arasında “qılquyruq gürzə” deyimi yayılıb. Yuxarıdakı siyahıdan da görə biləcəyiniz kimi ölkəmizdə belə bir gürzə növü yoxdur və ehtimal ki, təhlükəsiz hansısa növə (bəzəkli təlxə ola bilər) verilən addır. Xalq tərəfindən edilən bir digər səhvlik isə bəzi gürzələrin yatağan adlandırılmasıdır. Halbuki yatağan (Eryx sp.) ZƏHƏRSİZ və silindirik bədən quruluşuna malik bir başqa ilan növüdür (fotodan görə bilərsiniz).

GÜRZƏLƏRİN FƏRQLƏNDİRİCİ XÜSUSİYYƏTLƏRİ

Gürzələri digər (təhlükəsiz) ilanlardan ayırmanın müxtəlif üsulları vardır. İnternetdə başın formasının üçbucaq olması qeyd olunsa da bu düzgün məlumat deyil. Əksinə zəhərsiz olan ilan növlərinin bir çoxunun (xüsusən təlxələrin) başı ücbucaq olur. Gürzələrin bədəni daha enli və qısa ölçülü olur. Fikrimcə ən əsas ayırma üsulu quyruğun uzunluğudur. Gürzələrdə quyruq olduqca qısa və küt uclu olur. Zəhərsiz/Yarızəhərli ilanlarda isə quyruq uzun və nazik olur. Məhs buna görə də aid olduqları Suilanları fəsiləsinin latınca adı “qamçı” sözündəndir (uzun quyraqları qamçıya bənzədiyi üçün bu ad verilib). Əlavə olaraq gürzələrin gözü elliptik (şaquli) olub, burunlu göz arasında çuxur (istilik sensoru) yerləşir.

QEYD: Koramal adlanan bu zəhərsiz və ayaqsız kərtənkələlər çox vaxt ilan zənn edilib öldürülürlər. Ümumiyyətlə ilanların da öldürülməsinə qarşıyam. Amma bu ləng kərtənkələlər tez-tez insanların qurbanına çevrilməsi kədərləndirici haldır. Ümid edirəm ki, bu şəkil Sarı koramalı (Pseudopus apodus) ilanlardan ayırmağa kömək edər. Koramal digər kərtənkələlər kimi xarici qulaq seyvanına və göz qapağına sahibdir. (Hansıki, ilanlar hər ikisindən məhrumdurlar). Ümumilikdə koramal bədən quruluşuna görə də ilandan fərqlənir. Qalın və sərt pulcuqlu gövdəsinin yanınca uzanan nov da ilandan asanlıqla ayrılmasına kömək edir.

17457952_398654557169568_1174002257157132824_n
Üstdə Sarı koramal (Pseudopus apodus), altda Adi su ilanı (Natrix natrix)
Advertisements

Azərbaycanda yayılmış ilan növləri” üzərinə 12 şərh

    1. salamlar spesifik olaraq demək çətindir, çünki, əksər ilan növləri oxşar habitatlarda olur və bir çoxu geniş yayılmışdır. Ümumi olaraq su hövzələri yaxınlığında su ilanları, digər ərazilərdə isə nəhəng gürzə, zeytuni təlxə, kələz ilan kimi növləri görmək olar.

      Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma